“EVİMDƏ VƏ AVTOMOBİLİMDƏ DİNLƏMƏ CİHAZLARI TAPDIM” - Saakaşvilinin vəkili izlənildiyini deyir…

30/11/2022 - 23:04

Gürcüstanın üçüncü prezidentinin maraqlarını təmsil edən vəkil Şalva Xaçapuridze gizli şəkildə izlənildiyini iddia edir.

Qafqaz.media-nın məlumatına əsasən, Xaçapuridze bildirib ki, o, öz evində və avtomobilində dinləmə cihazları tapıb. Vəkilin sözlərinə görə, hətta evi ilə üzbəüz binada gizli kamera quraşdırılıb.

“Bu cihazlar kresloda və avtomobildə tapılıb. Bu, avtomobilin əlcək bölməsində, oturacağın yanında quraşdırılmış yüksək səviyyəli dinləmə cihazı və videokameradır. Onları dinləmək və müşahidə etmək üçün istifadə edirlər”, - Xaçapuridze bildirib.

Qafqaz.media