Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək

14/10/2024 - 22:16

Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək, lakin fevralda Paris və Kiyev arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində nəzərdə tutulan 3 milyard avroya çatmayacaq. APA xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Milli Assambleyanın (parlamentin aşağı palatası) müdafiə komissiyasında dinləmələr zamanı deyib. “2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avroya qədər arta biləcəyinə dair siyasi qərar verildi, reallıqda bu, 2 milyard avronu keçəcək, lakin 3 milyard avroya çatmayacaq”, - deyə o bildirib. Nazir əlavə edib ki, Kiyevə dəstəyin artırılması digər məsələlərlə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi hesabına təmin ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15