Güney Azərbaycanda güclü zəlzələ! – XOYDA BÖYÜK DAĞINTILAR OLUB / VİDEO, YENİLƏNİB

29/01/2023 - 09:56

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər ölüb, 580-dən çox insan isə yaralanıb.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Qeyd edək ki, daha öncə Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib.

*** 28/01/2023 - 23:51

Güney Azərbaycanda güclü zəlzələ baş verib.

Qafqaz.media Təbrizdə yaşayan soydaşlarımıza istinadən xəbər verir ki, zəlzələ Xoy şəhərində böyük dağıntılara səbəb olub. Hazırda şəhərdə qaz və elektrik enerjisinin olmadığı bildirilir.

Qeyd edək ki, güclü dağıntılara baxmayaraq, hələ ölən və yaralananlar haqda heç bir məlumat yoxdur.

Əlavə məlumat verməyə çalışacağıq.

Qeyd edək ki, Güney Azərbaycanda baş verən zəlzələ Naxçıvanda da hiss olunub. Xüsusən də Ordubadda 5,7 bal gücündə zəlzələ olduğu bildirilir.

 

Qafqaz.media