Güney Azərbaycanda tanınmış idmançı qətlə yetirilib

04/09/2024 - 16:31

İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi soyuq və odlu silahla qətlə yetirilib. “Report” “radiofarda”ya istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Boks Şurası məlumat yayıb. İsa Qulməhəmmədi Tehran əyalətinin Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində qətlə yetirilib. Ona 5 bıçaq zərbəsi endirlib və 11 dəfə atəş açılıb. İsa Qulməhəmmədiyə iki nəfərin hücum etdiyi bildirilib. Onların kimliyi hələ müəyyən olunmayıb. Hazırda araşdırma aparılır, fakt üzrə cinayət işi açılıb. İnformasiyaya əsasən, İsa Quməhəmmədi boks üzrə ölkə çempionu olub. Bir müddət İranın boks yığmasının məşqçisi və meneceri işləyib. İran Boks Federasiyasının üzvü olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42