Güneydə azərbaycanlı fəal həbs edildi

09/11/2023 - 00:26

Marağa şəhərində vətəndaş cəmiyyətinin fəalı və mühəndis Həmid Yeganəpur həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalında görüntülər yayımlanıb.

Məlumata görə, fəalı ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) əməkdaşları tərəfindən həbs edilib.

Qeyd edək ki, o, bir müddət öncə Türkiyəyə gedərkən şübhəli şəkildə qəza keçirərək ağır yaralanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33