“GÜRCÜSTANDA PUTİNİN SSENARİSİ ÜZRƏ HEÇ KİM TƏQİB OLUNMAMALIDIR” - 562 qadın Saakaşvilini əfv etməyə çağırdı

24/12/2022 - 16:12

Gürcüstanda 562 qadın sabiq prezident Mixail Saakaşvili ilə bağlı prezident Salome Zurabişviliyə açıq müraciət edib.

Qafqaz.media xəbər verir ki, müraciəti Droa Partiyası yayıb.

Məktubu imzalayanlar Salome Zurabişvilini Mixail Saakaşvilini əfv etməyə çağırıblar.

“Gürcüstanın üçüncü prezidentinin həyatını xilas etmək və Gürcüstanın Avropa perspektivini qorumaq üçün əlinizdə olan konstitusiya rıçaqlarından istifadə edin. Gürcüstanın müdrik və humanist vətəndaşlarının və ölkəmizin ən yaxşı dostlarının Mixail Saakaşvilinin azadlığa buraxılması və Nika Qvaramiyanın əfv olunması ilə bağlı çağırışı yerinə yetirilsin.

Gürcüstanın üçüncü prezidentinin işgəncələrə məruz qalaraq öldürülməsinə imkan verməyin və bu ölkədə siyasi revanşdan imtina etmək perspektivi aradan qalxsın.

Dövlətin daha da qütbləşməsinə qarşı təcili hərəkətə keçin.

Vladimir Putinin ssenarisi üzrə heç kimin təqib oluna, işgəncəyə məruz qalmaması və öldürülə bilməyəcəyi müstəqil, Qərbyönlü Gürcüstan ideyası naminə yeganə düzgün qərarı verin.

Biz sizi Gürcüstan prezidentinin konstitusion, tarixi və insani borcunu yerinə yetirməyə çağırırıq”, - 562 qadının imzaladığı məktubda deyilir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ