“HEÇ KİM İSRAİLİN VERSİYASINA İNANMIR…” - İordaniya XİN rəhbəri Qəzzada xəstəxananın partlaması haqda danışdı
Qəzzada xəstəxananın partlaması ilə bağlı İsrailin versiyasına bölgədə heç kim inanmır.
Bunu İordaniyanın xarici işlər naziri Ayman Safadi deyib.
Safadi NBC-yə müsahibəsində deyib ki, müstəqil araşdırma aparılmasa, insanlar fələstinli yaraqlıların təsadüfən Əl Əhli xəstəxanasını bombalamasına inanmayacaqlar.
“İsrailə inanırsınızmı” sualına Safadi belə cavab verib: “Dünyanın bu hissəsində heç kim bu versiyaya inanmır”.
“Faciə ilə bağlı qüsursuz dəlillərlə müstəqil beynəlxalq araşdırma aparmaq, bunu edənin İsrail olmadığına dair insanların fərqli versiyanı qəbul etməsinin yeganə yoludur”, - deyə o, yekunlaşdırıb.