Hindistanda İŞİD terror təşklatının 15 silahlısı həbs edilib

10/12/2023 - 00:03

Hindistan Milli İstintaq Agentliyinin əməkdaşları Maharaştra və Karnataka ştatlarında keçirilən antiterror əməliyyatı zamanı İŞİD terror təşklatının 15 silahlısını həbs ediblər.

Bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Həbs edilənlər terror fəaliyyətlərində, o cümlədən Hindistanda hücumlar və zorakılıqlar üçün istifadə ediləcək əldəqayırma partlayıcı qurğuların hazırlanmasında fəal iştirak ediblər.

Həbslər 44 rayon və qəsəbədə təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyatı zamanı həyata keçirilib. Yaraqlılardan külli miqdarda pul, elektron rabitə vasitələri və silahlar müsadirə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33