İmran Xanın başı üzərinə “qara buldular” toplaşır – KEÇMİŞ BAŞ NAZİRİ 14 İL HƏBS, HƏTTA “ÖLÜM CƏZASI” GÖZLƏYİR

23/10/2023 - 13:17

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureyşi “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edib.

Bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Vəkillərin sözlərinə görə, dövlət sirri haqqında qanunu pozmaqda təqsirli bilinənləri 14 ilə qədər həbs və ya “hətta ölüm cəzası” gözləyir.

İmran Xan hazırda həbsdədir. Məhkəmə iclasları oktyabrın 27-də başlayacaq və şahidlər dindiriləcək.

Federal Təhqiqat Agentliyinə (FIR) görə, Xan və Qureşi 1923-cü il tarixli Dövlət Sirləri Aktını pozaraq “Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadə etməklə, gizli sənədin məzmununu şəxsi məqsədlər üçün açıqlayıblar. Bu, milli təhlükəsizlik mənafeyinə zərər vurmaqdır”.

İstintaq Xanın 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq şəkildə elan etməsindən sonra başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33