“İranın Rusiyaya silah tədarükünə icazə verməyəcəyik” – ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi

04/12/2022 - 10:50

ABŞ administrasiyasının İran üzrə xüsusi nümayəndəsi Robert Malli Tehranın nüvə sazişinin bərpasında maraqlı olmadığını və ABŞ-ın Rusiyaya silah tədarükünün qarşısını almaq və dayandırmaq cəhdlərinə diqqət yetirəcəyini bildirib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

“Hazırda biz Rusiyanın silah tədarükünü məhdudlaşdırmağa çalışırıq. Bu məqsədlə, İran xalqının əsas istəklərini dəstəkləməyə çalışmaqla fərq yarada bilərik”, - o deyib.

Nüvə sazişi üzrə danışıqlardan söhbət açan Robert Malli qeyd edib ki, Vaşinqton bu mövzuya diqqət yetirmək üçün heç bir səbəb görmür, çünki Tehran qəbuledilməz tələblər irəli sürür və ABŞ “geri qayıdıb onları oynamaq” istəmir.

Qafqaz.media