İsrail “Hizbullah”ın komanda mərkəzinə hava zərbələri endirib

09/12/2023 - 23:50

İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” hərəkatının komanda və idarəetmə mərkəzinə hava zərbələri endirdiyini açıqlayıb.

Müvafiq məlumat İsrail Ordusunun teleqram kanalında yerləşdirilib.

Qeyd olunub ki, Livan ərazisindən İsrailin şimalındakı bir neçə bölgəyə atışlar qeydə alınıb və həmin nöqtələrə hava zərbələri endirilib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, “Hizbullah”ın eskalasiyası Livanın məhvinə səbəb ola bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33