İsrail səfiri Türkiyəni tərk edir - TƏHLÜKƏSİZLİK MƏQSƏDİ İLƏ

20/10/2023 - 11:57

İsrailin Ankaradakı səfiri İrit Lilian Türkiyəni tərk edərək İsrailə qayıtmağa qərar verib.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata əsasaən, İsrail səfirliyi məsələ ilə bağlı heç bir rəsmi şərh verməyib.

Bundan əvvəl İsrailin Milli Təhlükəsizlik Şurası İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra bütün dünyada yəhudilərə və israillilərə qarşı terror hücumları təhlükəsi ilə əlaqədar öz vətəndaşlarını təcili olaraq Türkiyəni tərk etməyə çağırıb.

Xəbərdarlıqdan sonra İsrail aviaşirkətləri evlərinə qayıtmaq istəyən israillilər üçün çərşənbə günü axşam İstanbuldan uçuşlar təşkil edib.

İsrail həmçinin Yaxın Şərqdəki bəzi səfirlikləri, o cümlədən Bəhreyn, İordaniya və Mərakeşdəki səfirliklərini boşaldıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33