İSTANNBUL ARDICIL İKİ DFƏ SİLKLƏNDİ - Türkiyədə seysmik aktivlik / FOTO, VİDEO

04/12/2023 - 13:14

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata görə, zəlzələnin maqnitudası 5,1 olub və İstanbulda, həmçinin Bursa şəhərinin Mudanya mahalında da hiss olunub.

Zəlzələnin episentrinin isə Mərmərə dənizinin Gemlik körfəzi olduğu qeyd edilib.

5,1 ballıq zəlzələdən cəmi üç dəqiqə sonra bölgədə 4,5 ballıq daha bir zəlzələ baş verib.