İsveç Ukraynanın nüvə enerjisinin inkişafına milyonlarla dollar ayıracaq.
21/01/2023 - 11:42
İsveç Ukraynanın nüvə enerjisinin inkişafına 3,7 milyon dollar ayıracaq.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Benefisiar Ukraynanın "Energoatom" dövlət şirkəti olacaq. Müqavilənin predmeti “Energoatom”un infrastrukturuna “PSA RiskSpectrum / RiskWatcher” proqram təminatının tətbiqidir.
Bildirilir ki, “PSA RiskSpectrum / RiskWatcher” proqramı atom siklində işləyən avadanlığın hazırkı vəziyyətinin onlayn təhlilini aparmağa və onun mümkün nasazlıqlarını proqnozlaşdırmağa imkan verəcək.