Lavrov və Bayramov bu tarixdə görüşəcək

30/11/2022 - 16:03

Dekabrın 5-də Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

Qafqaz.media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə məlumat verib.

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.