“Maykl Makfolun məqaləsi Gürcüstan hökumətinə açıq mesajdır” – GÜRCÜ SİYASƏTÇİ

06/01/2023 - 00:23

“ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolun Mixail Saakaşvili haqqında “The Washington Post” qəzetində dərc olunmuş məqaləsi Gürcüstan hökumətinə həqiqətin harada olduğu və sivil dünyanın hansı mövqedə olduğuna dair aydın mesajdır”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın tanınmış siyasi fiqurlarından olan Serqo Çixladze bildirib.

Çixladzenin jurnalistlərə verdiyi məlumata görə, o, Saakaşvili məsələsinin beynəlxalq səviyyədə daha da yüksək eşelonlarda qaldırılacağını gözləyir. Onun fikrincə, xüsusilə Ağ Ev administrasiyası Gürcüstanın keçmiş prezidentinin xaricə müalicəyə göndərilməsi məsələsini “Gürcü arzusu” qarşısında qoyacaq.

“Ən sürətli çıxış yolu prezident Salome Zurabişvilinin həm Mixail Saakaşvilini, həm də Nika Qvaramiyanı əfv etməsi olacaq. Hansı ki, o, bir sıra qətnamələrdə, eləcə də bir sıra Avropa parlamentariləri tərəfindən buna çağırılıb.

Düşünürəm ki, bu məsələ ilə bağlı daha çox cavab veriləcək. Biz həm ABŞ-da, həm də Aİ-də Qərb tərəfdaşlarımızla işləyirik. Buna əsaslanaraq, bu məsələnin daha da kəskin şəkildə və daha yüksək eşelonlarda qaldırılacağını gözləyirik”, - deyə Serqo Çixladze vurğulayıb.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33