Misirə təzyiqlər artır: yüz minlərlə fələstinlini qəbul edin!

06/11/2023 - 13:11

İsrail hakimiyyəti beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olan hərbi əməliyyatlar zamanı Qəzza zolağının yüz minlərlə sakininin müvəqqəti olaraq Misirə təxliyəsi planını təklif edib. Yüksək rütbəli diplomatın “The New York Times”-a verdiyi məlumata görə, kütləvi evakuasiyanın geridönməz nəticələrə gətirib çıxara biləcəyi, regionda sabitliyi poza biləcəyi ehtimal olunur. Bu səbəbdən də, ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir neçə ölkə bu cür kütləvi yerdəyişmələrlə bağlı təklifi rədd edib.

Bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi də bu təşəbbüsü qəti şəkildə rədd edərək demişdi: “Misir bir daha fələstinlilərin məcburi köçürülməsinə və onların Sinay yarımadasındakı Misir torpaqlarına qovulmasına qəti etiraz edir. Çünki bu, “Fələstin problem”nin birdəflik aradan qaldırılmasına bərabərdir”.

Qəzzada yaşayan fələstinlilər də Misirə köçmək ideyasını qətiyyətlə rədd edərək, bunu 1948-ci il hadisələrinə bənzər bir faciənin, yəni yeni “Nəkbə”nin mümkün başlanğıcı kimi qiymətləndirirlər.

Baş nazir Netanyahunun bəzi müttəfiqləri qəzzalıların müvəqqəti olaraq təkcə Misirə deyil, həm də regionun digər ölkələrinə və Qərbə köçürülməsi ideyasını açıq şəkildə dəstəklədiklərini bildiriblər.

Qahirədə fələstinlilərin qəfil axının nəticəsində Sinayın şimalında vəziyyətin sabitliyini poza biləcəyi ilə bağlı narahatlıqlar var. Üstəlik, köçkün olmuş fələstinlilərin Misiri yəhudi dövləti ilə münaqişəyə cəlb etmək riski ilə Sinaydan İsrailə qarşı hücumlar təşkil edə biləcəyi ilə bağlı da narahatlıq var.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33