“MÜASİR TÜRKİYƏNİN NEFT PROBLEMİ" - Azərbaycan aliminin eyniadlı kitabı çapdan çıxdı / FOTOLAR

24/06/2024 - 18:58

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun “Müasir Türkiyənin neft problemi” kitabı nəşr olunub.

Qafqaz.media xəbər verir ki, bu haqda AMEA-nın rəsmi saytında məlumat yayılıb.

Monoqrafiyada müasir Türkiyənin neft problemi araşdırılır, neft Türkiyə üçün tərəqqi amili kimi nəzərdən keçirilir. Ölkənin neft probleminin mahiyyəti, hökumətlərin neft siyasəti və neft qanunvericiliyi, həyata keçirilmiş neft axtarışları, Türkiyənin neft təsərrüfatı, sənayenin xam neftlə təminatı problemi, neft sənayesinin yaradılması və müasir vəziyyəti, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı kontekstində Türkiyənin neft probleminin həlli perspektivləri ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilib.

Monoqrafiyanın “Neft Türkiyə üçün xüsusi əhəmiyyəti olan tərəqqi amili kimi” adlı birinci fəslində Türkiyənin neft axtarışlarının dünəni və bu günü, eləcə də ölkənin neft siyasəti nəzərdən keçirilir.

“Türkiyənin müasir neft təsərrifatı” adlı ikinci fəsildə neftə tələbat və sənayenin xam neftlə təminatı problemlərindən, Türkiyədə neft sənayesinin yaradılmasından və müasir vəziyyətindən bəhs edilir.

“Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı kontekstində Türkiyənin neft probleminin həlli perspektivləri” adlı üçüncü fəsildə Türkiyənin Azərbaycanın neft müqavilələrində iştirakı, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı məsələlərə baxılır.

Əsər Türkiyə və Azərbaycan tarixi və iqtisadiyyatı üzrə mütəxəssislər, universitet tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ