NATO Azərbaycan və Ermənistanla siyasi dialoqu gücləndirir

20/01/2023 - 21:53

NATO Azərbaycan və Ermənistanla siyasi dialoqu gücləndirir.

Bu barədə alyansın baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumatda deyilir.

Məlumata görə, səfər Kolominanın NATO-nun bu iki mühüm tərəfdaş ölkəsində müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsi olub.

Kolomina səfəri zamanı NATO-nun Azərbaycan və Ermənistanla əməkdaşlığını, eləcə də hər iki ölkənin Avro-Atlantik təhlükəsizliyə töhfəsini müzakirə edib.

Xüsusi nümayəndə, həmçinin regional sabitliyin dəstəklənməsində Avropa İttifaqının rolunu alqışlayıb./report

NATO Secretary General Jens Stoltenberg with Javier Colomina Píriz, Deputy Assistant Secretary General for Political Affairs and Security Policy and NATO Secretary General’s Special Representative for the Caucasus and Central Asia