“Netanyahu 7 oktyabr uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürməlidir” – İSRAİL VƏTƏNDAŞLARI BAŞ NAZİRDƏN NARAZIDIR

20/10/2023 - 13:19

“Oktyabrın 7-də HƏMAS-ın hücumu nəticəsində çoxlu itkilərin olması İsrail təhlükəsizlik qüvvələrinin uğursuzluğu ilə bağlıdır və buna görə hazırkı baş nazir Benyamin Netanyahu açıq şəkildə məsuliyyəti öz üzərinə götürməlidir”.

Bunu İsrailin “Maariv” qəzeti tərəfindən keçirilən sorğunun nəticəsi göstərir.

Sorğunun nəticəsinə görə, israillilərin 80%-i bildirib ki, Netanyahu 7 oktyabr uğursuzluğuna görə tabeliyində olan əməkdaşlardan nümunə götürməlidir. Bu, xüsusən də seçkilərdə baş nazirin təmsil etdiyi Likud partiyasına səs verənlərin 69%-nin fikridir.

Sorğu həmçinin göstərib ki, israillilərin 65%-i Qəzza zolağında HƏMAS terror qruplaşmasına qarşı qurudan hücumu dəstəkləyir. 21% isə bunun əleyhinədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33