Ölkə şokdadır - 103 ildən sonra ilk dəfə...

14/09/2024 - 07:59

Bolqarıstanda 103 ildən sonra ilk dəfə vəba aşkarlanıb. Publika.az xəbər verir ki, xəstəliyi Bolqarıstanda daimi yaşayan 23 yaşlı hindistanlı gətirib. O, avqustun 2-dən 23-dək vətənində olub. Gəncdə vəba əlamətləri sentyabrın 3-də üzə çıxıb. O, hazırda həkimlərin nəzarəti altındadır. Qeyd olunur ki, xəstənin ümumi vəziyyəti yaxşıdır. Bolqarıstanda son vəba epidemiyası 1914-1918-ci illər arasında baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15