Ordubadda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

12/10/2024 - 10:40

Naxçıvanda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "Report" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Heydərovun icraatında olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı oktyabrın 22-ə təyin edilib. Qeyd edək ki, hadisə bu il Ordubanın Unus kəndində qeydə alınıb. 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğlu bıçaq xəsarəti ilə qətlə yetirilib. Onun qətlində təqsirli bilinən həmkəndlisi, 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlu həbs olunub. Bildirilib ki, hadisəyə səbəb qisas olub. Bir neçə il əvvəl İ.Tağıyev B.Rəsulovun dayısını qətlə yetirib və buna görə həbs olunub. Hadisə də bu səbəbdən baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21