Paşinyan: KTMT kotingenti Qarabağa gələ bilməz, amma BMT kontingentini çağıra bilərik...

10/01/2023 - 15:40

“Bu, vəziyyəti daha da pisləşdirəcək” deyə Nikol Paşinyan bu günki mətbuat konfransında KTMT sülhməramlılarının Qarabağda yerləşdirilməsinə şərh verib. Qafqaz.media bildirir ki, bu barədə "Kommersant" xəbər verib.
"KTMT-nin çoxmillətli kontingenti nəzəri ideyadır, lakin Qarabağ məsələsində bir sıra KTMT ölkələri nə dərəcədə obyektiv və neytraldır? Onlar de-yure neytral deyillər, çünki onlar bizim müttəfiqlərimizdir, faktiki olaraq neytral deyillər, çünki onların Azərbaycanla dərin iqtisadi və siyasi əlaqələri var.Ona görə də nəzəri cəhətdən bu ideyadır, amma praktikada bu, yaxşılaşmayacaq, əksinə, vəziyyəti daha da pisləşdirəcək”, deyə Paşinyan açıqlayıb.
Amma baş nazir Nikol Paşinyan Rusiya kontingentinin mandatı başa çatdıqdan sonra gələcəkdə Qarabağa sülhməramlıların göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək imkanını istisna etmir.
“Biz dedik ki, əgər Rusiya Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək funksiyasını yerinə yetirə bilməsə, o zaman əlavə çoxmillətli sülhməramlılar qrupunun göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edə bilərik. Bir şey aydındır-2025-ci ildən sonra, Rusiya sülhməramlılarının səlahiyyət müddəti başa çatdıqdan sonra biz vəziyyətə uyğun qərarlar verməliyik”, deyə Paşinyan mətbuat konfransında bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ