Peskov: "Rusiya, Ermənistan və Azərbaycan liderləri Sankt-Peterburqda söhbət apara bilərlər"

26/12/2022 - 19:46

Rusiya, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət apara bilərlər.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində bildirib.

O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.

“Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Kreml sözçüsü qeyd edib.