Pilotsuz təyyarələr Suriyanın şimal-şərqindəki ABŞ hərbi aerodromunu vurub

10/08/2024 - 06:07

Suriyada yerləşən ABŞ hərbi qüvvələrinin aviabazasına pilotsuz təyyarə ilə hücum edilib. APA xəbər verir ki, “əl-Məyədin” telekanalının verdiyi məlumata görə, Harrab əl-Cairdəki hərbi obyektdə bir neçə partlayış baş verib və yanğın başlayıb. ABŞ hərbçiləri arasında itki olub-olmadığı ilə bağlı isə hələlik heç bir məlumat yoxdur. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” qruplaşması öz üzərinə götürüb. Qruplaşma əməliyyatları ABŞ-ın dəstəklədiyi İsrail rejiminin fələstinlilərə qarşı təcavüzünə cavab olaraq həyata keçirdiklərini bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ