Priqojin Navalnını “Vaqner”ə qatılmağa və Ukrayna ilə müharibəyə getməyə dəvət etdi

21/12/2022 - 23:50

Rusiyada cəza çəkən rus müxalifət lideri Aleksey Navalnı bildirib ki, “Vaqner PMC” şirkətinin yaradıcısı Yevgeni Priqojin məhbusları “işə götürmək üçün” onun koloniyasına gəlib.

Qafqaz.media Rusiya mətbuatına istinadən xəbər verir ki, Navalnı Priqojinin helikopterlə koloniyaya gəlməsi və məhbusların döyüş əməliyyatlarında iştiraka cəlb edilməsi ilə bağlı şahid ifadəsinə istinad edib.

“Çox sayda rus vətənpərvər “Vaqner” sıralarında döyüşməyə gedir. Onların arasında Aleksey Navalnı yoxdur. Əgər o, müharibəyə getmək arzusunu ifadə etsə, təbii ki, buna sevinəcəyik”, – deyə Priqojin bildirib.

O, əlavə edib ki, Navalnının tərəfdarları bir cəza batalyonu yaradılıb,ona təhvil verilməlidir.

Qafqaz.media