Puqaçova ilə Qalkini vətəndaşlıqdan məhrum edə bilərlər
Müğənni Alla Puqaçova və onun həyat yoldaşı, şoumen Maksim Qalkin (Rusiya Ədliyyə Nazirliyi tərəfindən fiziki şəxslərin -"xarici agentlərin" reyestrinə daxil edib-red.) İsrail vətəndaşlığından məhrum edə bilərlər.
Qafqaz.media-nın xarici mətbuata istinadla məlumatına görə, bu haqda İsrailin Reshet 13 TV kanalının araşdırmaçı jurnalisti Raviv Drukerin reportajında məlumat verilib.
Onun sözlərinə görə, sənətçilərin dini inancı bu qərara səbəb ola bilər: cütlük iudaizmə deyil, xristianlığa tapınır. 2017-ci ildə Qalkinlə Puqaçova Moskva kilsələrindən birində kəbin kəsdirib.
“Nativa» konsulluq şöbəsinin keçmiş rəhbəri Xanan Axitov bildirib ki, İsrail qanunlarına görə, inanclarını qəsdən dəyişən yəhudilər repatriasiya hüququndan məhrum edilirlər.
O, həmçinin qeyd edib ki, bu yaxınlarda Rusiya Federasiyasından İsrailə gələn repatriantların təxminən yarısı sözügedən dövlətin ərazisində qalmayaraq Rusiyaya qayıdıb.
Qafqaz.media