Putin ABŞ və Böyük Britaniyanı vurmağı düşünür… – QƏRB MEDİASINDAN SENSASİON İDDİA

15/12/2022 - 11:51

“Rusiya prezidenti Vladimir Putin həm ABŞ, həm də Böyük Britaniyanı vura biləcək güclü nüvə raketinin istifadəsinə hazırlaşır”.

Qafqaz.media xəbər verir ki, bu barədə “New York Post” yazır.

Nəşr qeyd edir ki, çərşənbə günü Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Yars” adlı yeni nüvə raketinin görüntülərini dərc edib. Videodan aydın olur ki, raket Kaluqa vilayətindəki Kozelsk hərbi kompleksinin minasında quraşdırılıb.

ICBM 7500 mil məsafə qət etməyə qadirdir. “Yars” ilk dəfə 2009-cu ildə buraxılmış Topol-M raket sisteminin modifikasiyasıdır. Nəşrin məlumatına görə, raket xüsusi nəqliyyat-yükləmə qurğusundan istifadə etməklə şaxtanın işə salınma meydançasında quraşdırılıb.

Rus təbliğatçıları iddia edirlər ki, “Yars” raket sistemi “Xirosimanı məhv edən Amerika bombasından 12 dəfə güclü təsirə malikdir”. Oktyabr ayında Ukrayna ilə yüksək gərginlik fonunda Putin oxşar raketin buraxılmasına nəzarət edib.

Strategiya.az - Rusiyalı general: Bu raketi tutmaq mümkün deyil

Rusiya raket qüvvələrinin komandanı, polkovnik Aleksey Sokolov bir müddət əvvəl bildirib ki, son təlim “Qərb üçün siqnal olmalı idi, çünki həm ABŞ, həm də Avropa raketlərin uçuş məsafəsindədir”.

Qafqaz.media