Putin Əliyevə etiraz aksiyası ilə bağlı zəng vurub? - RƏSMİ MƏNBƏLƏR PREZİDENTLƏRİN "10 NOYABR BƏYANATI" HAQDA DANIŞDIQLARINI DEYİR, AMMA...

12/12/2022 - 14:19

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qafqaz.media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib XEBEROXU.AZ - En son xeberler Azerbaycan xeberleri 2022 xəbərlər bugün 2022 xeber az 2022 xeberler bugun 2023 En son xeber 2022 xeberoxu oxu24.az apa.az Новости

Qeyd edək ki, Şuşa-Xankəndi yolunda azərbaycanlıların etiraz aksiyası keçirdiyi bir vaxtda Putinin Əliyevə zəngi heç də təsadüf deyil. Güman olunur ki, Rusiya prezidenti Azərbaycanın dövlət başçısı ilə danışığında bu məsələyə də toxunub...