Qarlı havada xəsarət alan 24 nəfər təcili tibbi yardıma müraciət edib - YENİLƏNİB

21/02/2025 - 12:24

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

    Qeyd olunub ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 1 nəfər isə hospitalizasiyadan imtina edib.

    ***

    10:22

    Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

    Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

    2 nəfərə cərrahi müalicə tətbiq olunub.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    UTANC (Fraqmental)
    21/02/2025 - 12:35