Qərb Ermənistanın “qılığına "girib” onunla Rusiyaya qarşı dost olmaq istəyir-Lavrov.
10/11/2023 - 04:00
Qərb ölkələri Ermənistanın “qılığına "girir” və respublika ilə Rusiyaya qarşı dost olmaq istəyirlər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində deyib.
"İndi Ermənistanın fəal şəkildə qılığına girən Qərb ölkələri onunla Rusiya Federasiyasına qarşı dost olmaq istəyirlər" - o vurğulayıb.
S.Lavrovun sözlərinə görə, Rusiya Federasiyasının Ermənistanın xarici tərəfdaşlarına qarşı qərəzi yoxdur, İrəvan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir.