RİA Novosti: Kreml Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma vaxtını dəyərləndirib

24/11/2022 - 13:27

Qafqaz.media bildirir ki, "RİA Novosti"nin verdiyi xəbərə görə, Kreml Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma vaxtını dəyərləndirib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, heç kim Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını hansısa konkret tarixlərə təyin etməyə çalışmır, əsas odur ki, o imzalansın, həyati və sabit sənəd olsun.
O qeyd edib ki, sülh müqaviləsinin imzalanması məsələlərində hələ də “müəyyən nüanslar” var və gələcək hadisələrin gedişində və digər formatlarda nizamlanma mümkündür.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33