Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq

14/09/2024 - 12:27

Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq. APA Ermənistan mediasına istinadən xəbər verir ki, kassasiya məhkəməsi Ermənistanın ikinci prezidenti, eləcə də KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturov və digərlərinin barəsində icraata xitam verilməsi barədə qərarı ləğv edib. İndi işə Antikorrupsiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, 2021-ci ildə Koçaryana qarşı cinayət təqibi dayandırılıb. Konstitusiya Məhkəməsi ona 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunu devirməkdə ittiham olunduğu maddəni Konstitusiyaya zidd hesab edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İtaliyada zəlzələ oldu
09/11/2024 - 16:21
Heç 24 saat çəkmədi...
07/11/2024 - 11:25