Robert Köçəryanın oğlu azadlığa buraxılıb

06/11/2023 - 22:09

“Hayastan” fraksiyasının üzvü – Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan azadlığa buraxılıb.

Ermənistan KİV xəbər verir ki, onu “Nubaraşen” cəzaçəkmə müəssisəsinin qarşısında xeyli insan qarşılayıb.

“Bu, absurddur. Mənim başıma gələnlər göstərdi ki, dörd polis əməkdaşı tərəfindən işgəncəyə məruz qalan şəxs özü necə həbs oluna bilər. Artıq bir neçə ildir hüquqi özbaşınalığın şahidi oluruq, lakin hakimiyyət daha çox şeyə hazır olduqlarını nümayiş etdirir”, - o, jurnalistlərə açıqlamasında deyib.

L.Köçəryan ona qarşı işin quraşdırma olduğunu bir daha təkrarlayıb və hakimiyyətin onun yenidən həbsinə çalışacağını istisna etməyib.

“Şərtlər adi məhbusda olduğu kimi idi. Təbii ki, quraşdırma iş üzrə həbsdə olmaq xoşagəlməzdir, amma bu, mübarizədir və təslim olmaq olmaz”, - o bildirib.

Xatırladaq ki, L.Köçəryan 22-də etiraz aksiyası zamanı saxlanılıb. Oktyabr ayında həbs müddəti iki ay müddətinə uzadılıb. Ancaq onun parlamentin deputatı mandatı almasından sonra deputat toxunulmazlığı işə düşüb və onu azadlığa buraxmağa məcbur qalıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33