Ruben Vardanyan: “Buradayam, döyüşürəm, getməyəcəyəm”

25/12/2022 - 15:43

Bu gün Xankəndində keçirilən “ümummilli” mitinqdə özünü buradakı qanunsuz birləşmənin “dövlət naziri” elan edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan “Azərbaycanın tələblərinə” tabe olmayacağını bildirib.

Qafqaz.media bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verir.

“Bizim üç yolumuz var: Azərbaycana inteqrasiya, buradab getmək və ya döyüşmək. Mən qərarımı sentyabrın 2-də vermişəm, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə tabe olmayacağam”, - Vardanyan bildirib.