Ruslar İran PUA-larının buraxılış yerini Krımdan Krasnodara köçürdü – BRİTANİYA KƏŞFİYYATI BUNUN SƏBƏBLƏRİNİ AÇIQLADI

17/12/2022 - 12:41

“Rusiya işğalçıları Ukraynaya zərbə endirmək üçün İrana məxsus kamikadze pilotsuz təyyarələrin buraxıldığı yeri dəyişib. Onlar iki səbəbdən Krımdan Krasnodar diyarına köçüblər”.

Qafqaz.media xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının açıqlamasında vurğulanır.

Britaniyalı ekspertlər rəşistlərin dünənki kütləvi hücumu ilə bağlı yeni hesabat dərc ediblər. Hansı ki, dekabrın 16-da işğalçılar həm raketlərlə, həm də İran PUA-ları ilə zərbə endirməyə cəhd ediblər. Sonuncu PUA Krasnodar diyarından havaya qalxıb.

"Əvvəllər bu PUA-lar əsasən işğal olunmuş Krım ərazisindən buraxılırdı. Çox güman ki, buraxılış meydançasının dəyişdirilməsi Krımın müdafiəsinin zəifliyi ilə bağlıdır. İkinci səbəb isə, bu silahların mümkün gəliş nöqtəsindən tədarükün əlverişli olmasıdır”, - deyə Britaniya kəşfiyyatının hesabatında qeyd olunur.

Xatırladaq ki, dekabrın 16-da Ukraynaya kütləvi hücum edilib. Atışma səhər saat 8:30 radələrində başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının sözlərinə görə, rəşistlər 76 raket atıb, onlardan 60-ı vurulub.

İşğalçılar əsasən enerji infrastrukturu obyektlərini hədəfə alıblar.

Qafqaz.media