RUSLARIN BİR SIRA MÜHÜM HƏDƏFLƏRİ VURULDU - Ukrayna aviasiya qüvvələrinin yeni nailiyyətləri məlum oldu

03/12/2022 - 21:03

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 13 zərbə endirib.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilir.

Bildirilir ki, Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri iki komanda məntəqəsini, bir sursat anbarını və düşmənin şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi iki ərazini vurub.

Həmçinin, Baş Qərargah Donetsk vilayətinin Podqorodnoye kəndi yaxınlığında düşmən təyyarəsinin vurulduğunu bildirib.

Qafqaz.media