“RUSLARIN DAHA 3-4 GÜCLÜ HÜCUMU GÖZLƏNİLİR” - Aleksey Danilov: “Bu hücumlarn qarşısını almaq üçün kifayət qədər raketimiz var”

03/12/2022 - 10:58

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya Federasiyasının daha 3-4 güclü hücumunun qarşısını almaq üçün kifayət qədər raketləri olacaq.

Qafqaz.media “Unian”a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası “Facebook”-da məlumat yayıb.

"Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vurğuladı ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri raketlərin 75-90%-ni vurur. Danilov proqnozlaşdırıb ki, daha 3-4 güclü hücum gözlənilə bilər", - Milli Təhlükəsizlik və Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.

Danilov iddia edir ki, Rusiyada raketlərin sayı sürətlə azalır və ruslar dünyada əlavə təchizat axtarmağa məcburdurlar.

O, həmçinin bildirib ki, İranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı məlumat hələlik təsdiqini tapmayıb.

Qafqaz.media