Saakaşvili haqda qərar verəcək hakimlə bağlı nə məlumdur… - SABİQ PREZİDENT HAQDA QİYABİ HƏBS QƏRARINI DA AREVADZE ÇIXARIB…

04/12/2022 - 00:42

Mixail Saakaşvilinin azadlığa buraxılması və ya həbsinin dayandırılması barədə vəsatətə Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze baxacaq.

Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, o, əvvəllər də digər tanınmış simaların məhkəmə işlərində hakim vəzifəsində çalışıb. Məsələn, 2018-ci ildə Mixail Saakaşvilini Sandro Girqvlianinin işi üzrə qiyabi olaraq üç il müddətinə azadlıqdan məhrum edib.

Arevadze həm də Mamuka Xazaradze, Badri Caparidze (müxalif Lelo Partiyasının təsisçiləri) və Avtandil Tsereteli (“Pirveli” televiziyasının sahibinin atası) işində hakim olub. Onlar “çirkli pullar”ın yuyulmasında ittiham olunublar.

İşin yekun mərhələsində ittiham tərəfi çıxışlar hazırlamaq üçün bir neçə gün tələb etsə də, o, müttəhimləri təqsirli bildi. Lakin onlar cinayətin müddətinə görə həbsdən yayındılar.

Nika Qvaramiyanın (“Mtavari Arkhi” televiziya şirkətinin təsisçisi) işinə baxılarkən hakim imtina edib, lakin təqsirləndirilən şəxs hesab edir ki, bu, əvvəlcədən planlaşdırılıb.

Arevadze imtina etməzdən əvvəl Qvaramiya məhkəmə iclasından xaric edilib, lakin o, qərardan apellyasiya şikayəti verib və növbəti iclasda iştirak edə bilib. Sonra Arevadze hakimin (Arevadzenin) “qeyri-kafi” olduğunu bildirdiyi üçün 500 lari cərimələnib.

Qeyd edək ki, Arevadze 2008-ci ildən hakimdir. 2018-ci ildə müddətsiz hakimlik üçün ərizə verib, lakin namizədliyini geri götürüb. 2019-cu ildə Ali Ədalət Şurasının qərarı ilə qanunla müəyyən edilmiş yaşa çatana qədər müddətsiz hakim vəzifəsinə təyin edilib.

Qafqaz.media