“Saakaşvilini belə pis vəziyyətdə görməmişəm, gördüklərim kabusdur” - VƏKİL

02/12/2022 - 18:34

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, bu gün “Vivamed” klinikasında Saakaşvili onu çox pis vəziyyətdə qarşılayıb.

Qafqaz.media xəbər verir ki, vəkilin sözlərinə görə, o, hələ keçmiş prezidenti belə ağır vəziyyətdə görməyib.

“Uzun müddətdir ki, bu adamı belə pis vəziyyətdə görməmişdim, gördüklərim kabusdur, yeriyə bilmir. Onu çox pis vəziyyətdə gördüm. Təbii ki, o, ekspertizaya razılıq verdi, biz heç vaxt bunun əleyhinə olmamışıq, sadəcə olaraq ekspertlərimizin müayinə zamanı iştirak etmələrini xahiş etmişdim. Onlar qan və sidik nümunələri götürüblər”, - Xaçapuridze bildirib.

Vəkilin dediyinə görə, Mixail Saakaşvili aksiyaların keçirilməsinin, siyasi bəyanatların verilməsinin əleyhinədir. Eyni zamanda, sabiq prezident hakim Giorgi Arevadzenin onun cəzasının təxirə salınması məsələsinə baxmasına etiraz etmir.

“Aksiyaya gəlincə, o dedi ki, əgər insanlar sağlamlıq baxımından etitazlarını ifadə etmək istəyirlərsə, o, bunun əleyhinə deyil, amma qəti şəkildə siyasi bəyanatlara ehtiyac görümür”, - vəkil deyib.

“Arevadzeyə gəlincə, o, dedi ki, biz etiraz etməməliyik, çünki çağırış vaxt itkisi ilə nəticələnəcək və o, sadəcə, burada ölə bilər.

“Vivamed”in həkimləri də bildiriblər ki, son günlər onun vəziyyəti pisləşib”, - Şalva Xaçapuridze əlavə edib.

Qafqaz.media