SEPAH İranda öldürülən etirazçıların sayını açıqladı – RƏSMİ
İran hakimiyyəti ilk dəfə olaraq ölkədə keçirilən etiraz aksiyaları qurbanlarının ümumi sayını rəsmən açıqlayıb.
Qafqaz.media “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın hərbi qurumları məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Əmir Əli Hacızadənin sözlərinə görə, etirazlar zamanı təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla 300-dən çox insan həlak olub. O, həmçinin bildirib ki, qurbanların çoxu aksiyalarda iştirak etməyən adi iranlılardır.
Bununla belə, İranda İnsan Haqları Müdafiəçiləri (HRAI) bildirir ki, iğtişaşlarda 451 etirazçı və 60 təhlükəsizlik əməkdaşı həlak olub, 18 mindən çox adam saxlanılıb.
Qafqaz.media