Səudiyyə şahzadəsi Böyük Britaniyaya səfər edəcək – TARİX BƏLLİ OLDU

28/10/2023 - 14:17

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ilin sonuna qədər Böyük Britaniyaya səfəri gözlənilir.

“The Times” hökumətdəki mənbələrə istinadən yazır ki, bu, təxminən altı ildə Birləşmiş Krallıqa ilk səfər olacaq.

Məlumata əsasən, hazırda Səudiyyə rəsmiləri ilə danışıqlar aparılır; səfər dekabrda baş tuta bilər. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Səudiyyə Ərəbistanında vəliəhdlə görüşüb və onu bölgədəki gərginliyi azaltmağa çalışmağa çağırıb.

“The Times” yazır ki, səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı vəziyyətə görə Ər-Riyad və ABŞ arasında münasibətlərin pisləşməsi nəzərə alınmaqla, Böyük Britaniyanın Səudiyyə Ərəbistanı ilə danışıqlarda rolu xüsusilə vacibdir.

Bundan əvvəl Səudiyyə şahzadəsi jurnalist Kaşıkçının adını çəkdiyi zaman Baydenin məsləhətçisinə qışqırmışdı.

Məhəmməd bin Salman Əl Səud bildirmişdi ki, Birləşmiş Ştatlar öz maraqlarının digər dövlətlərin dəyərləri ilə tam üst-üstə düşməsini istəyirsə, öz dəyərlərini zorla tətbiq etməməlidir.

Xatırladaq ki, Bayden Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin adını tələffüz edə bilməmişdi…

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33