Taksi sürücüləri Vasif Talıbovun qadağasına etiraz edirlər - VİDEO

28/12/2022 - 12:28

Naxçıvanda taksi sürücüləri Ali Məclisin sabiq sədri Vasif Talıbovun onlar üçün yaratdığı sistemə qarşı etiraz edirlər. 

“Unikal” xəbər verir ki, sürücülər toplu şəkildə Naxçıvan Ali Məclisinin yanına toplaşaraq problemlərinin həll olunmasını istəyirlər.

Belə ki, sürücülərə Naxçıvan istehsalı olan “NAZ Lifan”dan başqa digər minik avtomobillərindən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olmalarına icazə verilmir. Təklif olunan avtomobil isə qiymətindən dəfələrlə baha qiymətə - 35 min manata satılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06