Türkiyə prezident Zelenskinin 10 bəndlik planını dəstəkləyib

10/01/2023 - 16:10

Türkiyənin XİN naziri Çavuşoğlu Zelenskinin sülhə nail olmaq üçün 10 bəndlik planını dəstəkləyib. Belə ki, Zelenski Rusiyadan 1991-ci il sərhədlərinə çəkilməyi və münaqişəni tam sonlandırmağı tələb edib. Kreml isə belə şərtlərlə danışıqları istisna edib. Qafqaz.media bu barədə "CNN Türk"ə istinadla xəbər verir.
Türkiyə Ukraynada davamlı sülh və Moskva ilə Kiyev arasındakı münaqişənin hər iki tərəf üçün məqbul həllinə can atır; döyüşlərə baxmayaraq, hər iki tərəflə əlaqə saxlanılır. "CNN Türk" xəbər verir ki, bunu Türkiyə XİN-nin rəhbəri Mövlud Çavusoğlu deyib.
“Hazırda Rusiya danışıqlara hazır olduğunu bildirir. Ukrayna Prezidenti Vladimir Zelenski on bəndlik sülh planı təklif etdi. Türkiyə bu sülh planını dəstəkləyir və onun üzərində işləməyə davam edir”, deyə nazir bildirib.
Çavusoğlu əlavə edib ki, Türkiyə bu planın bir və ya bir neçə bəndinin icrasına nəzarət etməyə çalışır. Döyüşlər davam edir, lakin diplomatik işin nəticələri də görünür: Rusiya və Ukrayna əsirləri dəyişdirir, Zaporojye AES-dəki vəziyyətlə bağlı danışıqlar gedir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33