Türkiyənin bu şəhərində xəzinə tapıldı

05/08/2024 - 09:43

Türkiyə və ABŞ-dan olan beynəlxalq arxeoloqlar qrupu Türkiyə Respublikasının qərbində, qədim Yunanıstanın Notion şəhərində qazıntılar zamanı qızıl xəzinə tapıb. Publika.az xəbər verir ki, xəzinələrin eramızdan əvvəl 5-ci əsrə aid olduğu ortaya çıxıb. Tədqiqat Miçiqan Universitetinin “Notion Archaeological Survey” (NAS) elmi jurnalında dərc olunub. Alimlər qazıntıdan Fars İmperiyasında zərb edilən fars darikləri, qızıl sikkələrlə dolu qab aşkar ediblər. Tarixi mənbələrə görə, bir darik təxminən bir əsgərin bir aylıq maaşına bərabər idi. Arxeoloqlar tapılan darikilərin Notiondan təqribən 97 kilometr aralıda yerləşən Sardisdə buraxıldığına inanırlar. Mütəxəssislər hesab edirlər ki, eramızdan əvvəl 430-427-ci illərdə, afinalılar Notionu farslardan geri aldıqda və fars hakimiyyətinin tərəfdarlarını şəhərdən qovduqda baş verən hadisələr səbəbindən xəzinə sahibsiz qala bilərdi.

Komanda həmçinin Notionda eramızdan əvvəl 5-ci əsrə aid çoxlu saxsı qab parçaları və digər artefaktlar aşkar edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə güclü zəlzələ
25/11/2024 - 23:58
Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35