"ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ HƏR AN BAŞLAYA BİLƏR" - Müdafiə nazirindən önəmli açıqlamalar + VİDEO
"Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər. Təbii ki, müharibənin başlamasını istəmirik, amma hər zaman hazır olmalıyıq. Çünki Türkiyə Cümhuriyyətinin və Türk xalqının təhlükəsizliyinə cavabdehik". "AzPolitika" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər qatıldığı televiziyia proqramında gündəmə dair sualları cavablandırarkən deyib. Y. Gülər indiyədək iki dünya müharibəsi olduğuna və onların kiçik səbəblərdən çıxdığına diqqət çəkib: "Biz iki dünya müharibəsi olduğunu bilirik. Bu müharibələrin necə başladığını xatırlayırsınızmı? Çox kiçik səbəblərdən. Deməli, bu, böyük bir hadisə tələb etmir. Hər an ola bilər. Təbii ki, müharibə istəmirik. Biz hər şeyi qiymətləndiririk. Ən kiçik təfərrüata qədər planlarımızı qururuq. Təbii ki, yenə deyirəm biz öz ölkəmizdə sülh içində yaşamaq istəyirik”. Nazir prezident Rəcəb Tayyib Ərdoğanın "İsrailin növbəti hədəfi Türkiyə olacaq", “arxa cəbhə” xəbərdarlıqları ilə bağlı da açıqlamalar verib. "Mən cənab prezidentimizin çox haqlı olduğunu düşünürəm. Çünki arxa cəbhə hər zaman vacibdir. Sülh mühitində olsaq da, arxa cəbhənin gücü o ölkənin xeyrinədir. Ona görə də Prezidentimiz cəmiyyəti xəbərdar edir. Çünki o bunu görür. İsrail Türkiyəyə hücum edə bilərmi? Hər halda cənab prezident belə bir təhlükə görməsə idi bunu deməzdi. Hücum edə bilər", -deyə Yaşar Gülər qeyd edib.
"AzPolitika.info"