Ukrayna öz pilotsuz təyyarəsinin yaradılmasını tamamlayır

04/12/2022 - 19:32

Ukraynanın "Ukroboronprom" dövlət konserni 75 kq döyüş başlığına və 1000 kilometrə qədər uçuş məsafəsinə malik Ukrayna hücum pilotsuz təyyarəsinin sınaqlarının son mərhələsinə keçib.

Qafqaz.media xəbər verir ki, bu barədə dövlət konserninin mətbuat katibi Natalya Sad bildirib.

“Biz elektron müharibənin təsiri altında sınaq mərhələsinə keçirik. Bundan sonra ümid edirik ki, onu döyüş meydanında istifadəsini görə biləcəyik. Biz bu ilin sonuna qədər hazır olacağına söz vermişik - vədlərimizə əməl etməyə çalışırıq”, - deyə o bildirib.

Qafqaz.media