Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişə bilər

05/11/2023 - 21:12

Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişməyi nəzərdən keçirir.

 Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Hərbçilərimiz daha sürətli irəliləmək və Rusiyaya gözlənilməz hücumlar etmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar üzərində işləyirlər”, – o bildirib.

Eyni zamanda, Zelenski ABŞ ordusunun, digər müttəfiqlərinin və hətta Ukrayna Silahlı Qüvvələrinin baş komandanının 20 aylıq şiddətli döyüşlərdən sonra müharibənin dalana dirənməsi ilə bağlı son bəyanatlarını təkzib edib.

“Onlar bizi məğlub edəcəklərini düşünürdülər, lakin bu baş vermədi. Bunun dalan olduğunu sanmıram”, – dövlət başçısı vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33