Ukrayna səfirliklərinə “bombalı paket”ləri “Vaqner” göndərib? –PRİQOJİNDƏN AÇIQLAMA

03/12/2022 - 22:49

ABŞ-ın CNN telekanalının bu həftə Ukrayna səfirlikləri və konsulluqlarına partlayıcı maddələrin olduğu məktubları şərh etmək istəyinə cavab olaraq, Yevgeni Priqojin bildirib ki, “Vaqner” "heç vaxt bu cür səfeh hərəkətlərlə məşğul olmayacaq".

“Fikirləşin ki, bəzi xuliqanların partlayıcı dolu məktublar göndərməsi və ya başqa təhqiramiz hərəkətlər etməsinin “Vagner”-lə əlaqəsi olduğunu düşünmək nə qədər dəlilikdir”, Priqojin yazılı cavabında bildirib.

Xatırladaq ki, noyabrın 30-da Madriddəki Ukrayna səfirliyinə poçtla gələn və Ukrayna səfirinə ünvanlanmış bağlama partlayıb. Səfirliyin əməkdaşı yüngül bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.

Cümə günü CNN telekanalına müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukraynanın 12 ölkədəki səfirlikləri və konsulluqları qəribə məzmunlu 17 bağlama alıblar. Onların içərisində partlayıcı, eləcə də inək və donuz gözü olub.

Qafqaz.media