Ukraynada 52 azərbaycanlı itkin düşüb - 25 NƏFƏR İSƏ HƏLAK OLUB

23/12/2022 - 15:14

Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibədə ümumilikdə 25 azərbaycanlı həlak olub, 52 nəfər isə itkin düşmüş sayılır.

Qafqaz.media bu barədə report-a istinadən xəbər verir.

Məlumata əsasən, bu il fevralın 24-dən indiyə qədər həlak olmuş mülki azərbaycanlıların əksəriyyəti uzun illərdir Ukraynada yaşayan şəxslərdir. İtkin düşənlərin bir çoxu isə Ukraynanın Mariupol şəhərinə təsadüf edir. Belə ki, mart və aprel aylarında şəhərə Rusiya tərəfindən ağır hücumlar zamanı 15 azərbaycanlı itkin düşüb.